Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit

Biz şirkətimizdə “Açıq Danışıq” siyasətini təşviq edirik ki, hər bir fərd təkmilləşdirmələr təklif etsin və sıfır qəza ilə təhlükəsiz iş mühiti yaratmaq üçün sağlamlıq, təhlükəsizlik və ətraf mühit məqsədlərini həyata keçirmək üçün təkliflər verə bilsin.


Ultra National Services şirkəti təmasda oldugu və xidmətlərimizdən təsirlənə bilən müştərilər, işçilər, subpodratçılar kimi şəxslərin təhlükəsizliyinə məsuliyyət daşıyır.


Şirkətimizin prosedurları, siyasətləri və məqsədlərinə hər kəsin riayət etməsi Şirkətin rəhbərliyi tərəfindən diqqətlə izlənir. Bu yolla biz performansımızı ölçəcək və inkişaf uçun boşluqlar tapacayıq ki, indi olduğumuz nöqtədən daha irəli getmək uçun inkişaf planı hazırlansın.


Təkmilləşdirmə axtararkən, davamlı inkişaf və sağlamlıq, təhlükəsizlik və ətraf mühit üçün risklərin idarə edilməsi şirkətin əsas hədəflərindən olacaqdır.


Şirkətimizdəki hər bir fərd üçün SƏTƏM-in qayğısına qalmaq və başqalarının qayğısına qalmaq vacibdir. Ultra National Services şirkətində işləyən hər kəs SƏTƏM-ə eyni əhəmiyyət verir.


Xidmətləri məsuliyyətlə, uğurla və təhlükəsiz şəkildə təqdim etmək Şirkətimizin missiyalarından biridir.


"Təhlükəsizlik ilk növbədə gəlir"